Premyer Liqa klubunun baş məşqçisi koronavirusdan sağaldı

İngiltərənin “Nyukasl” klubunun baş məşqçisi Eddi Hou koronavirusdan sağalıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Hounun koronavirus testi müsbət çıxıb.

Eddi Hou “Nyukasl”ı Premyer Liqanın 13-cü turunun “Arsenal”la matçına çıxaracaq.

Sözügedən qarşılaşma bu gün, saat 16:30-da start götürəcək.