“Nyukasl”dan hücumçu transferi

İngiltərənin “Nyukasl” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Bernli”dən Kris Vudu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı hücumçu ilə 2,5 illik müqavilə imzalanıb.