Premyer Liqa klubunda 2 müqavilə

İngiltərənin “Nyukasl” klubu futbolçuları Jonjo Şelvi və Mett Riçi ilə yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Hər iki yarımmüdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.

Həm Şelvi, həm də Riçi 2016-cı ilin yayından “Nyukasl”da forma geyinir.