Ərəb geyimli fanatlara müraciət: Etməyin!

İngiltərənin “Nyukasl” klubu azarkeşlərinə müraciət edib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi, oyunlarına gələn azarkeşlərdən ərəb qiyafətində geyinməmələrini istəyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub rəhbərliyi fanatlardan oyunlara ərəb qiyafətində gəlməməyi xahiş edib.

“Nyukasl” klubunun səhmlərini Səudiyyə Ərəbistanında fəaliyyət göstərən investisiya fondu alıb. Fondun sərvəti 434 milyard avrodan çoxdur.

Ərəblərin himayəsinə keçən “Nyukasl”ın bəzi azarkeşləri matçlara ərəb qiyafətində gəlir.