Sabiq futbolçu göldə boğuldu – 24 yaşında

İngiltərənin “Nottinqem Forest” klubunun sabiq futbolçusu Derrik Otim vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 24 yaşlı keçmiş yarımmüdafiəçi, ABŞ-ın Cənubi Karolina ştatında yerləşən Keovi gölündə üzərkən batıb.

Otim, bu ilin mayında Xavyer Universitetindən məzun olmuşdu.

Sabiq yarımmüdafiəçi İngiltərənin “Nottinqem Forest” klubunun akademiyasında çıxış edib. O, universitet oxumaq üçün 2015-ci ildə “Nottinqem Forest”dən ayrılmışdı.