“Real”ın keçmiş futbolçusu baş məşqçi oldu

İngiltərənin “Middlsbro” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, Çempionşip təmsilçisinin “sükan”ı Conatan Vudqeytə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngilis mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Futbolçu karyerası ərzində “Real”, “Nyukasl”, “Tottenhem”, “Middlsbro” klublarının formasını geyinən Vudqeyt, 2016-cı ildə karyerasını bitirib.