Ronaldodan narazıdırlar – gənc futbolçular

İngiltərənin “Mançester Yunayted” klubunun gənc futbolçuları komandanın hücumçusu Kriştiano Ronaldodan narazıdırlar.

Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Ronaldonun son müsahibəsində gənc oyunçular haqda tənqidi fikirlər səsləndirməsi gənclər tərəfindən narazılığa səbəb olub.

Ronaldo bu mövsüm Premyer Liqada 17 oyunda 8 qol vurub.