Antoni Marsialın yeni klubu rəsmən bilindi

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Antonio Marsial karyerasını İspaniyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, fransalı hücumçu “Sevilya” klubuna keçib. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Marsial mövsümün sonuna qədər icarə əsasında “Sevilya”da çıxış edəcək.