“Mançester Siti”də ötən ayın ən yaxşı futbolçusu

İngiltərənin “Mançester Siti” klubunda sentyabr ayının ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, bu, yarımmüdafiəçi Bernardo Silvadır. Bu barədə “şəhərlilər”in mətbuat xidməti məlumat yayıb. Azarkeşlərin səsverməsinin nəticəsinə görə, Silva 61 faiz səslə qalib olub.

Portuqaliyalı futbolçu ötən ay iştirak etdiyi 5 oyunda 1 məhsuldar ötürməylə yadda qalıb.