“Mançester Siti” hücumçusunun məvacibini artırır

İngiltərənin “Mançester Siti” klubu futbolçusu Qabriel Jesusun müqaviləsini yeniləmək istəyir.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb. “Şəhərlilər”in rəhbərliyi braziliyalı hücumçunun məvacibini iki dəfə artırmağa hazırdır. Jesus yeni sözləşmə ilə həftəlik 150 min funt-sterlinq qazanacaq.

2017-ci ildən “Mançester Siti”də forma geyinən 23 yaşlı hücumçunun müqaviləsi 2023-cü ilin yayına qədərdir. Jesus bu mövsüm “şəhərlilər”lə 4 oyunda 3 qol vurub.