“Mançester Siti” de Bruyne ilə müqaviləni yenilədi – rəsmi

İngiltərənin “Mançester Siti” klubu futbolçusu Kevin de Bruynenin müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, “şəhərlilər” 29 yaşlı yarımmüdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

De Bruyne 2015-ci ildən “Mançester Siti”də çıxış edir. Yarımmüdafiəçi bu mövsüm 33 oyunda 8 qol vurub, 16 məhsuldar ötürmə edib.