“Mançester Siti” onlara yeni müqavilə təklif edəcək

İngiltərənin “Mançester Siti” klubu bir neçə futbolçusuna yeni müqavilə təklif edəcək.

Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. “Şəhərlilər”də qapıçı Ederson, müdafiəçi Con Stounz, Ruben Dias, yarımmüdafiəçi Fil Foden, hücumçular Rahim Sterlinq və Riyad Mahrezə yeni müqavilə təklif ediləcək.

“Mançester Siti” yaxın zamanda bu futbolçularla danışıqlara başlayacaq.