“Mançester Siti”dən Messi açıqlaması

İngiltərənin “Mançester Siti” klubu “Barselona”nın futbolçusu Lionel Messiyə rəsmi təklif göndərməyib.

Komanda.az xəbər verir ki, bu barədə “şəhərlilər”in nümayəndəsi “Sky Sports”a açıqlama verib. Adı açıqlanmayan klub rəsmisi, Messiyə təklif göndərmədiklərini və onunla danışıqlar aparmadıqlarını bildirib.

Messinin “Barselona” ilə müqaviləsi mövsümün sonuna qədərdir.