“Hazırda ondan daha yaxşı futbolçu var?” – Klopp

İngiltərənin “Liverpul” komandasının baş məşqçisi Yurgen Klopp Premyer Liqada “Uotford”u məğlub etdikləri oyundan (5:0) sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin çalışdırıcısı, sözügedən matçda bir qol vuran Məhəmməd Salahın hazırda dünyanın ən yaxşı futbolçusu olduğunu deyib:

“Oyuna yaxşı başladıq, yaxşı bitirdik. Başqa bir şey deyə bilmərəm. Milli komandaların oyunlarına görə yaranan fasilədən sonra ritmi tutmaq asan olmur. Komandayla sadəcə bir məşqə çıxmışdıq. Buna baxmayaraq, yaxşı performans sərgilədik.

Salah çox yaxşı oynayır. İlk qoldakı ötürməsi möhtəşəm və xüsusi idi. O, hazırda zirvədədir, bunu hamımız bilirik. Hazırda ondan daha yaxşı futbolçu var? Məncə, yox. Lionel Messi və Kriştiano Ronaldonun nələr etdiyini bilirik. Amma indi ən yaxşı Salahdır”.