Alissonun qayıdacağı vaxt bilindi

İngiltərənin “Liverpul” klubunun zədəli futbolçusu Alisson Bekkerin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub.

Komanda.az xəbər verir ki, braziliyalı qapıçı artıq fərdi məşqlərə başlayıb. Bu barədə “Liverpool Echo” portalı məlumat yayıb. Xəbərdə, Alissonun şans veriləcəyi təqdirdə, bu ayın sonundan meydana çıxa biləcəyi bildirilib.

Alisson oktyabrın 5-də çiynindən zədələnmişdi.