“Liverpul”un daha bir müdafiəçisi sıradan çıxdı

İngiltərənin “Liverpul” klubunun daha bir futbolçusu zədələnib.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisinin müdafiəçisi Ris Uilyams 21 yaşadək futbolçulardan ibarət İngiltərə yığmasının düşərgəsində zədələnib. Bu barədə “Sky Sports” məlumat yayıb. Uilyamsın son durumu tibbi müayinədən sonra bilinəcək.

“Liverpul”da Vircil van Dayk, Fabinyo, Co Qomes, Joel Matip, Trent Aleksander-Arnold və Endi Robertson da zədələnib.

Ris Uilyams bu mövsüm “Liverpul”un əsas komandasıyla 5 oyuna çıxıb.