“Liverpul”un 2 futbolçusu koronavirusa qalib gəldi

İngiltərənin “Liverpul” klubunda koronavirusa yoluxan Sadio Mane və Tyaqo Alkantara sağalıb.

Komanda.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu tam sağalıb və komandayla birgə məşqlərə qoşulub.

“Liverpul”da daha əvvəl Sadio Mane ilə Tyaqo Alkantaradan başqa, Nabi Keyta və Xerdan Şakiridə də koronavirus aşkarlanmışdı.