Van Dayk üçün mövsüm bitə bilər

İngiltərənin “Liverpul” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisinin müdafiəçisi Vircil van Dayk zədələnib. Premyer Liqanın 5-ci turunun “Everton”la matçında (2:2) zədələnən niderlandlı müdafiəçinin dizinin çarpaz bağları qırılıb.

“BeİN Sports”un xəbərinə görə, Van Dayk mövsümün sonuna qədər yaşıl meydanlardan uzaq qalacaq.