İngiltərənin “Liverpul” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisinin müdafiəçisi Ozan Kabak zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Premyer Liqanın 29-cu turu çərçivəsində “Çelsi” ilə keçirilən (0:1) matçda zədələnən türk futbolçu 27-ci turun “Fulhem”lə görüşünü buraxacaq.
Martın 7-də keçiriləcək “Liverpul” – “Fulhem” matçı saat 18:00-da start götürəcək.