“Lester”də yeni futbolçu

İngiltərənin “Lester” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Luton”dan Ceyms Castini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

21 yaşlı müdafiəçi ilə müddəti 2024-cü ilə qədər olan müqavilə imzalanıb. “Lester” Castin üçün klubuna 8 milyon avro təzminat ödəyəcək.