Premyer Liqa klubunun yeni transferində koronavirus aşkarlandı

İngiltərənin “Kristal Pelas” klubunun futbolçusu Cek Butlandda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Xəbərdə, 27 yaşlı qapıçının koronavirus testinin müsbət çıxdığı bildirilib. Premyer Liqa klubunun yeni transferinin hazırda bir oteldə karantində olduğu bildirilir.

Butland ötən həftə “Stok Siti”dən “Kristal Pelas”a keçmişdi.