Pivə qonaqlığı

İngiltərənin “Everton” klubunun müvəqqəti baş məşqçisi Dankan Ferqyuson azarkeşlərə jest edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, şotland mütəxəssis Premyer Liqanın 23-cü turunun “Aston Villa” ilə ev matçından əvvəl komandanın bir neçə azarkeşinə pivə alıb. Mütəxəssisin bu jesti fanatların xoşuna gəlib.

“Everton” “Aston Villa”ya doğma meydanda 0:1 hesabıyla uduzub.