“Everton” “Arsenal”dan futbolçu aldı – Rəsmi

İngiltərənin “Everton” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Arsenal”dan Aleks İvobini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı hücumçu ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.

Transferin detalları açıqlanmasa da, İngiltərə mətbuatının xəbərinə görə, “Everton” İvobi üçün 40 milyon funt-sterlinq ödəyib.

“Arsenal”ın yetirməsi olan İvobi, Nigeriya millisinin də üzvüdür.