“Everton” 22 milyon avroya futbolçu aldı

İngiltərənin “Everton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisi “Norviç”dən Ben Qodfrini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

İngiltərə mətbuatının xəbərinə görə, “Everton” Qodfri üçün “Norviç”ə 22 milyon avro ödəyib.