“Everton” 1 milyona hücumçu aldı

İngiltərənin “Everton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Sanderlend”dən Frensis Okoronkvonu transfer edib. 17 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

“Everton” Frensis üçün “Sanderlend”ə 1 milyon funt-sterlinq ödəyib.