“Everton”da ciddi itki – 2020-ci ili bitirdi

İngiltərənin “Everton” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisinin futbolçusu Jan-Filipp Qbamen zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məşqdə zədələnən 24 yaşlı yarımmüdafiəçi növbəti həftə əməliyyat olunacaq. Qbamen, 2020-ci ildə yaşıl meydanlara qayıda bilməyəcək.

Koronavirusa görə dayandırılan İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq.