“Çelsi”nin yay planı: 250 milyon avro!

İngiltərənin “Çelsi” klubunun yay transfer pəncərəsi dövrü üçün büdcəsi müəyyənləşib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “zadəganlar”ın qarşıdakı transfer dövründə daha aktiv olacağı gözlənilir. Belə ki, klub rəhbərliyi yeni futbolçuların heyətə cəlb olunması üçün 250 milyon avroluq büdcə ayıracaq.

“Çelsi”nin yayda transferdə əsas hədəfi Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçuları Ceydon Sanço və Erlinq Haland olacaq.

“Çelsi” hazırda İngiltərə Premyer Liqasında 4-cü sıradadır.