“Çelsi” onlarla yeni müqavilə imzaladı – rəsmi

İngiltərənin “Çelsi” klubu Pedro Rodriqes və Villianla yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, hər iki futbolçu cari mövsümün sonuna qədər “zadəganlar”da forma geyinəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçunun əvvəlki müqaviləsinin müddəti iyunun 30-na qədər idi.

Pedro və Villian artıq mövsüm başa çatdıqdan sonra “Çelsi”dən ayrılacaqlar. Pedronun “Roma”ya transfer olunacağı gözlənilir. Villianın adı isə “Mançester Yunayted”lə hallanır.