“Çelsi”də yeni hücumçu

İngiltərənin “Çelsi” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, London təmsilçisi Norveçin “Tromse” klubundan Brayan Fiabemanı transfer edib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, “Çelsi”nin 16 yaşlı hücumçuyla 3,5 illik müqavilə imzaladığı bildirilib.

Fiabema “Çelsi”nin U-17 və U-23 komandasında forma geyinəcək.