“Çelsi” Abrahamın qiymətini “oxudu”

İngiltərənin “Çelsi” klubu futbolçusu Temmi Abrahamın transfer dəyərini müəyyənləşdirib.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, “zadəganlar” 23 yaşlı hücumçunu azı 40 milyon funt-sterlinqə satmağı düşünür.

Abrahamla İngiltərənin “Vest Hem” və “Arsenal” klubları yaxından maraqlanır.

Abraham ötən mövsüm “Çelsi” ilə bütün turnirlər daxil olmaqla 30 oyuna çıxıb və 12 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.