“Çelsi”də 5 illik müqavilə – Rəsmi

İngiltərənin “Çelsi” klubu futbolçusu Kallum Hadson-Odoinin müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, 18 yaşlı cinah yarımmüdafiəçisi ilə 5 illik yeni sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Çelsi”nin yetirməsi olan Kallumun əvvəlki müqaviləsinin müddəti 2020-ci ilin yayına qədər idi.