“Çelsi” 6 futbolçusunu satışa çıxardı

İngiltərənin “Çelsi” klubu 6 futbolçusunu satışa çıxarıb.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Xəbərdə, “Çelsi”nin Emerson, Teuma Bakayoko, Mişi Batşuayi, Davide Zappakosta, Viktor Mozes və Denni Drinkuoteri satacağı bildirilib.

“Çelsi” futbolçularının satışından gələn pulla “Leyptsiq”dən Timo Verneri və “Bayer”dən Kay Havertsi transfer etmək istəyir.