Açıq-saçıq şəkillərini paylaşıb, pul qazanır FOTOLAR

İngiltərənin “Çarlton” klubunun qadınlardan ibarət komandasından qovulan Madlen Rayt şəkillərini sataraq pul qazanır.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, 22 yaşlı futbolçunun sosial şəbəkə hesablarında aylıq 33 funt-sterlinq qarşılığında açıq-saçıq şəkillərini paylaşdığı bildirilib.

Rayt, sosial şəbəkə hesablarında qeyri-etik şəkillərini paylaşdığı üçün “Çarlton” klubundan qovulmuşdu. İsveçli hücumçunun bundan əvvəl “Milluol” klubunda çıxış edərkən, ədəbsiz şəkillər paylaşdığı üçün müqaviləsi ləğv edilmişdi.