Daha bir Premyer Liqa klubu maaşları azaldır

İngiltərənin “Brayton” klubu futbolçularının məvaciblərini azaldacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Xəbərdə, rəhbərliyin futbolçularla maaşlarının azaldılması məsələsində razılığa gəldiyi bildirilib.

Premyer Liqa təmsilçisi futbolçuların məvaciblərini azaldaraq, klubda çalışan digər işçilərə maddi yardım edəcək.

Bundan əvvəl “Sauthempton” və “Vest Hem” də futbolçularının məvaciblərini azaltmışdı.