“Beqoviçin “Qarabağ”a keçməsi ən yaxşı həll yolu idimi?” – Açıqlama

İngiltərənin “Bornmut” klubunun baş məşqçisi Eddi Hou, Asmir Beqoviçin “Qarabağ”a icarəyə verilməsindən danışıb.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan Hou, Beqoviçin “Qarabağ”a keçidinin onun üçün faydalı olacağını deyib:

“Beqoviçin “Qarabağ”a keçməsi ən yaxşı həll yolu idimi? Bəli, bu, ən yaxşı qərar idi. Onunla bu keçidlə bağlı fikir ayrılığımız olmayıb. Asmir oynamaq istədiyini çox açıq şəkildə söylədi. Biz də ona bu işdə kömək etməyə çalışdıq. Məncə, bu, bütün tərəflər üçün yaxşı olacaq. Biz onun oynaması üçün şərait yaratdıq, artıq meydana çıxır. Görək icarə müddəti başa çatanda necə olacaq”.

“Qarabağ” Beqoviçi 2019-cu ilin sonuna kimi icarəyə götürüb.