İngilis jurnalist Renat Dadaşovdan danışdı: “Özünü yaxşı tərəfdən göstərməyi bacarıb”

İngiltərənin “Birmingham Mail” nəşrinin müxbiri Aleks Diken “Vulverhempton”un U-23 komandasında forma geyinən Renat Dadaşovla bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, “coventrytelegraph.net” saytına danışan Diken, Dadaşov haqda bunları deyib:

“Renatı yaxından görənlər yalnız U-23 komandasının oyununu izləyən azarkeşlərdir. Futbol dayanmamışdan əvvəl o, mütəmadi olaraq şans qazanırdı”.

Diken, Renatın necə bir hücumçu olmasını belə izah edib:

“Ehtimal ki, o, cərimə meydançasının hücumçusu olacaq. Enerjisindən düzgün yararlanır və əlavə güc sərf etmir. Xüsusilə, “Liverpul”la oyunda gözəl qol vurmuşdu. Olduqca sürətlidir və gördüyüm oyunlarda yaxşı performans göstərib”.

Aleks, Dadaşovun yanvarda “Birmingem” klubundan təklif aldığını da deyib:

“Birmingem”im yanvarda onu transfer etməyə çalışdığını bilirəm və bunun düzgün olacağına əmin deyildim. Renat da onlara “yox” deyərək, ona rahat və tanış olan “Vulverhempton” klubunda qalmaqla düzgün etdi. Uğur qazanacağına zəmanət vermək üçün çox oynamayıb, ancaq qol sayı çox yaxşıdır. Almaniyanın gənclərdən ibarət komandalarında oynayıb. Azərbaycan millisini seçməzdən əvvəl də özünü yaxşı tərəfdən göstərməyi bacarıb”.

Renat Dadaşovla “Birmingem” və “Konventri” klubları maraqlanır.