“Aston Villa” milli üzvü ilə müqaviləni yenilədi

İngiltərənin “Aston Villa” klubu futbolçusu Emiliano Martinesin müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, argentinalı qapıçı ilə müddəti 2027-ci ilin yayına qədər olan müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Martines 2020-ci ilin sentyabrından “Aston Villa”da çıxış edir. 29 yaşlı qapıçı Argentina yığmasının da üzvüdür.