Məsut Özil üçün iki it

İngiltərənin “Arsenal” klubunun futbolçusu Məsut Özilin bıçaqlı hücuma məruz qaldığını xəbər vermişdik.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, hadisənin üstündən bir neçə gün keçməsinə baxmayaraq, Özilə hücum edən şəxslər hələ tapılmayıb.

Özil, təhlükəsizliyini təmin etmək üçün yaxınları ilə əlaqə saxlayaraq, Türkiyədən iki “Kanqal” cinsindən olan it gətizdirərək, evinin qarşısına bağlayıb.

Özilə hücum edən şəxsləri tuta bilməyən mühafizə işçiləri, Özillə yanaşı, “Arsenal”ın bütün futbolçularının da təhdid olunduğunu açıqlayıb. İngilis polislər, hücum edənlərin Məsut və həyat yoldaşına aid olan hər şeyi almaq istədiklərini bildiriblər.