“Arsenal”ın baş məşqçisi koronavirusa yoluxdu

İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Arteta ilə son günlərdə təmasda olan hər kəs karantinə alınıb.

Artetanın koronavirusa yoluxmasına görə “Arsenal”ın Premyer Liqanın 30-cu turunda “Brayton”la qarşılaşacağı matç təxirə salınıb.