Obameyanqa yeni müqavilə təklifi

İngiltərənin “Arsenal” klubu futbolçusu Pyer-Emerik Obameyanqın müqaviləsinin müddətini artırmaq istəyir.

Komanda.az xəbər verir ki, bu barədə “The Mirror” nəşri məlumat yayıb. Xəbərdə, “Arsenal”ın qabonlu hücumçuya həftəlik 250 min funt-sterlinq qazanacağı yeni – üç illik sözləşmə təklif etməyə hazırlaşdığı bildirilir.

31 yaşlı futbolçunun “topçular”la müqaviləsi 2021-ci ilin yayına qədərdir. Hücumçu bu mövsüm 44 oyunda 29 qol vurub.