“Arsenal”da ciddi itki – azı 4 ay olmayacaq

İngiltərənin “Arsenal” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, London təmsilçisinin müdafiəçisi Kiran Tirni zədələnib. Bu barədə “The Sun” nəşri məlumat yayıb. İngiltərə Premyer Liqasının 30-cu turunun “Liverpul”la oyununda (0:3) zədələnən Tirni, azı 4 ay yaşıl meydanlardan uzaq qalacaq.

Tirni bu mövsüm 33 oyunda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.