“Arsenal”ın Özilə ehtiyacı yoxdur

İngiltərənin “Arsenal” klubu Avropa Liqasının qrup mərhələsi üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.

Komanda.az xəbər verir ki, sifariş olunan heyətdə Məsut Özil və Sokratis Papastatopulos yer almayıb. Bu barədə ingilis junalist Ceyms Benj məlumat yayıb. Özil və Sokratisin siyahıdan kənarda qalmasının səbəbi məlum deyil.

Özil “Arsenal”la sonuncu dəfə martın 7-də meydana çıxıb.

“Arsenal” Avropa Liqasının B qrupunda “Rapid” (Avstriya), “Molde” (Norveç) və “Dandalk” (İrlandiya” ilə mübarizə aparacaq.