İngiltərə millisinin sabiq üzvü azad agent oldu

İngiltərəli hücumçu Cermeyn Defo Şotlandiyanın “Reyncers” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə Qlazqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Defonun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

39 yaşlı hücumçu 2019-cu ilin yanvarından “Reyncers”də çıxış edirdi.

Defo daha əvvəl “Tottenhem”, “Sanderlend”, “Bornmut” kimi komandaların formasını geyinib. O, 57 dəfə çıxış etdiyi İngiltərə millisində 20 qola imza atıb.