“Sulşer “Mançester Yunayted”lə nə Premyer Liqanı, nə də Çempionlar Liqasını qazana biləcək”

İngiltərəli futbol şərhçisi Cimi Karrager “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer haqda danışıb.

Komanda.az xəbər verir ki, keçmiş müdafiəçi, norveçli mütəxəssisin “qırmızı şeytanlar”da uğurlu ola bilməyəcəyini deyib:

“Sulşer nə edir? Oyun planı nədir? O, “Mançester Yunayted”in keçmişindən, uğurlarından danışır. Bunlar möhtəşəm hekayələrdir, bəs özü nə edir? Planı nədir? Onun bir planının olduğunu düşünmürəm.

Sulşer “Mançester Yunayted”də pis işlər görməyib. Amma o, nə Xosep Qvardiola, nə Tomas Tuxel, nə də Yurgen Kloppdur. Sulşer onlara çatmaq üçün çox çalışmalı və titullar qazanmalıdır. Sulşer “Mançester Yunayted”lə nə Premyer Liqanı, nə də Çempionlar Liqasını qazana biləcək”.

“Mançester Yunayted” Premyer Liqada 5-ci sıradadır.