Sevgilisini döydü, xəstəxanalıq etdi FOTO

İngiltərə telekanallarından birinin aparıcısı Karoline Flak tennisçi sevgilisi tərəfindən şikayət olunub.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, teleaparıcı tennisçi sevgilisi Luis Bartonu döyməkdə günahlandırılır. İki gün əvvəl onların yaşadığı evə polislər gəlib və Karoline polis şöbəsinə, Barton isə xəstəxanaya aparılıb. Şahidlərin ifadəsinə görə, gecə saatlarında cütlük arasında başlayan dava, aparıcının Luisə xəsarət yetirməsi ilə nəticələnib. Bartonun vəziyyətinin yaxşı olduğu, əlində şüşə kəsikləri olan Karolinenin isə polis şöbəsində dindirildikdən sonra xəstəxanaya aparıldığı bildirilir.

Məşhur teleaparıcı dekabrın 23-də məhkəmə qarşısına çıxarılacaq.