İngiltərə yığmasının 10 illik seriyası qırıldı

Futbol üzrə İngiltərə yığmasının 10 illik seriyasına son qoyulub.

Komanda.az xəbər verir ki, sözügedən komanda 2009-cu ildən bəri ilk dəfə dünya çempionatı və Avropa çempionatının seçmə mərhələləri çərçivəsində keçirilən oyundan məğlub ayrılıb.

Bu, ingilislərin AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı keçirdiyi oyunda qeydə alınıb. Matçda hesabı ingilislər açsa da, qalan dəqiqələrdə iki qol vuran çexlər əzmkar qələbə əldə ediblər – 2:1.

İngiltərə yığması bundan əvvəlki məğlubiyyətini 10 il öncə – 2009-cu ilin 9 oktyabrında Ukraynadan almışdı. DÇ-2010-nun seçmə mərhələsi çərçivəsində keçirilən həmin oyunda ingilislər minimal hesabla məğlub olmuşdular.