Mourinyo bu günü də gördü

İngiltərə Premyer Liqasının 22-ci turunda doğma meydanda “Çelsi”yə uduzan “Tottenhem”in baş məşqçisi Joze Mourinyo bir ilk yaşayıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, məşqçi karyerasında ilk dəfə Premyer Liqada ardıcıl iki ev oyununda məğlub olur. “Tottenhem” bundan əvvəlki ev oyununda “Liverpul”a uduzmuşdu – 1:3.

Mourinyo İngiltərədə daha əvvəl “Mançester Yunayted” və “Çelsi”ni çalışdırıb.