Premyer Liqa matçı təxirə salındı

İngiltərə Premyer Liqasının 22-ci turu çərçivəsində bu gün keçirilməli olan “Bernli” – “Uotford” matçı təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.

“Bernli” heyətində oyunçu çatışmazlığı səbəbindən matçın təxirə salınması üçün Premyer Liqa rəhbərliyinə müraciət edib və istəyi qəbul edilib.