Premyer Liqada türklərin günü – 2-ci dəfə…

İngiltərə Premyer Liqasının 11-ci turunun son oyun günü maraqlı hadisə ilə yadda qalıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sonuncu oyun günündə – “Lester”in “Kristal Pelas”ı məğlub etdiyi qarşılaşmada (2:0) hesabı açan qolu türk futbolçu Çağlar Söyüncü vurub, “Everton”un “Tottenhem”lə bərabərə qaldığı matçda (1:1) son qolu vuran türk hücumçu Cenk Tosun olub. Bununla da, Premyer Liqada tarixində ikinci dəfə eyni gündə iki türk futbolçu qol vurub.

Bundan əvvəl 2007-ci ilin 1 dekabrında “Blekbern”də Tuqay Kerimoğlu, “Middlsbro”da isə Tuncay Şanlı qol vurmuşdu.