Premyer Liqada yeni mövsümün ilk turunun TƏQVİMİ

İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün ilk turunun təqvimi məlum olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Premyer Liqada yeni mövsümə avqustun 10-da start veriləcək. İlk turun oyunları üç günü əhatə edəcək.

Son çempion “Mançester Siti” ilk turda səfərdə “Vulverhempton”la qarşılaşacaq. “Liverpul” “Bernli”nin, “Çelsi” isə “Sauthempton”un qonağı olacaq.

İngiltərə Premyer Liqası, 2019/20 mövsümü, 1-ci tur

10 avqust

Tottenhem – Norviç
Bornmut – Şeffild Yunayted
Kristal Pelas – Arsenal
Everton – Nyukasl
Sauthempton – Çelsi
Uotford – Vest Hem
Bernli – Liverpul

11 avqust

Aston Villa – Lester
Mançester Yunayted – Brayton

12 avqust

Vulverhempton – Mançester Siti